Qaxda çayda batmış azyaşlı uşağın meyiti tapıldı - YENİLƏNİB

05.11.2015 15:20     Sosreaksiya     2247

Qaxda çayda batmış azyaşlı uşağın axtarışı yekunlaşıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verdilən məlumata görə, 2013-cü il təvəllüdlü Əsgərzadə Ayşən Natiq qızının meyiti vətəndaşlar tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

12:02

Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Qax rayonun Tanqıt kəndində baş verib.

Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub.

Hazırda Qax rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirirlər.

Şərhlər