Oruc tutanda ağzınızdan iy gəlirsə...

20.06.2015 17:17     Sosreaksiya     2860

 

Oruc tutan insanların qarşılaşdıqları problemlərdən biri də ağızdan gələn iydir. Mütəxəssislər Ramazan ayında ağız qoxusunu önləmənin və ağız sağlamlığını qorumanın yolları haqqında tövsiyyələr veriblər.

 

Tənəffüs yolu infeksiyaları, diş və diş əti problemləri, mədə problemləri, böyrək və qaraciyər çatışmazlığı kimi ciddi xəstəliklərin ağızdan gələn iyə səbəb ola biləcəyini ifadə edən stomoloqlar ağızdan gələn xoşagəlməz iy probleminin Ramazan ayında aclıq və susuzluğa bağlı olaraq ortaya çıxan çətinliklərdən biri olduğunu qeyd edirlər. Amma bunun qarşısını almaq öz əlinizdədir.

 

İftar və Sahur Arasında çox çay, qəhvə içməyin

 

Oruclu olduğumuz gün içində yemə içmə funksiyalarımız azaldığından, tüpürcək vəzilərinin çıxardığı ifrazat və tüpürcəyin yumaq özəlliyi azalır. Bu da bakteriyaların törəməsi və diş çürüğünün meydana gəlməsi üçün uyğun mühit yaradır.

Ramazan ayında digər aylara nisbətən şirniyyatların daha çox istehlak edildiyi, axşam saatlarında daha çox yemək yeyildiyi, qəhvə və çayın daha  çox içildiyi bir həqiqətdir və bu da bakteriyaların artmasına və çürüklərin meydana gəlməsinə səbəb olur. 

 

İftar və sahurdan sonra dişlərinizi mütləq fırçalayın

 

Ramazanda dişlər fırçalanmayanda sahurdan iftara kimi keçən müddət ərzində bakteriyalar ağızda rahatlıqla çoxala bilərlər. İftar və sahurdan sonra fırçalanmayan dişlərdə yaranan bakteriyalar ağızda turşuluğun artmasına və diş çürümələrinə səbəb olur. Ona görə də dişlər mütləq fırçalanmalıdır. 

Şərhlər

Çox oxunanlar