Məhkəmə ANS-in MTRŞ-yə qarşı şikayətini təmin etmədi
05.11.2015 16:57 Sosreaksiya 1685
Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hakim Nurəddun Mustafayevin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın iclası keçirilib. Həmin iclasda ANS televiziyasının efirində həftə ərzində bazar günü istisna olmaqla, 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə də qərar qəbul edilib.
“ANS” Teleradio Şirkət MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Şirkətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib.
Şərhlər