Bu ərazilərdə su kəsiləcək - BU GÜN

06.11.2015 00:36     Sosreaksiya     1604

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədar noyabr 6-sı saat 06:00-dan 24 saat müddətinə bəzi bölgələrdə suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, qeyd olunan məsəl ilə bağlı Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrinə, “Qurtuluş” yaşayış massivinə, Novxanı qəsəbəsinin və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Şərhlər