Çörək zavodunda güclü partlayış baş verib

06.11.2015 00:52     Sosreaksiya     1737

Rumıniyanın Braşov şəhərində çörək zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlarla insan dağıntılar altında qalıb.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər və tibb briqadaları işləyir.

Partlayışın başvermə səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın paytaxt Buxarestdə gecə klubunda baş vermiş partlayış nəticəsində 30-dan çox insan həyatını itirmişdi. 

Şərhlər