Məşhur futbolçuya ağır itki

06.11.2015 01:23     Sosreaksiya     1767

“Qalatasaray” klubunun kapitanı Selçuk İnanın bibisi oğlu Egemen Özer Hatayın Arsus kəndində keçirdiyi yol qəzası nəticəsində həlak olub.

Reaksiya.az-ın məlumatına görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Qəzanı görən digər sürücülər hadisə yerinə polis və təcili yardım çağırıb. Yaralanan 3 nəfər təcili yardımlarla yaxınlıqdakı xəstəxanalara çatdırılsa da, avtomobildə sıxışıb qalan Özer hadisə yerinə çağırılan xilasetmə qrupu tərəfindən xüsusi vasitələrlə avtomobildən çıxarılıb. Ağır yaralanan Özer xüsusi bir xəstəxanaya aparılıb. Egemen Özer həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib. Polis qəzayla bağlı istintaqa başlayıb.

Şərhlər