Şirvanda dəhşətli qətl hadisəsi - 2 nəfər öldürüldü

06.11.2015 02:09     Sosreaksiya     2113

Şirvanda dəhşətli qətl hadisəsi baş verib.

Reaksiya.az reporta istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhər Heydər Əliyev prospektində "Vosmoy" adlanan ərazidə yerləşən köhnə çayxanada qeydə alınıb.

Belə ki, kriminal aləmdə "Kriti Elvin" kimi tanınan Şirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəziyev və 1990-il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbabayev "Makarov" tipli tapançadan naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Cinayəti törədənlər haisə yerindən uzaqlaşıblar.

Faktal bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb. 

Şərhlər