Zavoddan 50 min oğurlayan dəstə tutuldu - Azərbaycanda

06.11.2015 12:20     Sosreaksiya     2098

Bakıda zavoddan 50 min manat pul oğurlayan dəstə zərərsizləşdirilib.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50 000 manat aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.

Şərhlər