Sabah yağış yağacaq

06.11.2015 13:25     Sosreaksiya     1861

Bakı və Abşeron yarımadasında noyabrın 7-də  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə  istinadən xəbər verir ki, havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 7-də yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər