Sabunçu hadisəsi ilə bağlı saxlanılanlar məhkəməyə aparıldı

06.11.2015 13:28     Sosreaksiya     1815

Ötən gecə Sabunçuda baş verən hadisə zamanı saxlanılan dindarların bir hissəsi artıq Sabunçu Rayon Məhkəməsinə gətirilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, dünən gecə saatlarında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan şəxslərlə bağlı bu gün Sabunçu Rayon Məhkəməsində məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Şərhlər