Sabahdan hava soyuyacaq - XƏBƏRDARLIQ

06.11.2015 15:10     Sosreaksiya     1748

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava soyuyacaq.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova  bildirib ki, noyabrın 7-si axşamdan noyabrın 11-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Şərhlər