Sosial şəbəkələrin adlarını artıq belə yazacaqsınız - SİYAHI
06.11.2015 15:57 Sosreaksiya 1827
Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.
Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.
"skype" - skayp
"site" - sayt
"provider" - provayder
"facebook" - feysbuk
"twitter" - tvitter
"instagram" - instaqram
"e-mail"- imeyl
"youtube" - yutub
"messenger" - mesencer
"whatsapp" - votsap
"line" - layn
"viber" - vayber
"google" - quql
"yandex" - yandeks
"wi-fi" - vayfay
Şərhlər