Şirvan şəhərindəki insidentlə bağlı bir neçə nəfər saxlanıldı
06.11.2015 17:16 Sosreaksiya 1768
Şirvan şəhərində baş verən silahlı insidentlə bağlı bir neçə nəfər istintaqa cəlb edilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, ötən gecə saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzi prospektdə yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insidentlə bağlı 4 nəfərin istintaq tərəfindən dindirildiyi bildirilir.
İstintaqa cəlb olunanlardan ikisinin adları məlumdur. Onlar Şirvan şəhər sakinləri S.Ə.Şirvani küçəsi, ev 29 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Abdulla Rasim oğlu (bir müddət əvvəl Samur keçid məntəqəsində saxlanılıb) və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğludur.
Digər iki şəxsin isə adları açıqlanmır.
Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.
Şərhlər