Ayın 10-u bu rayonlarda qaz olmayacaq

07.11.2015 01:26     Sosreaksiya     1646

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan verilən məlumata görə, noyabrın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-1'', “Zirə-3'' və “Yeni Zabrat” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat 1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Şərhlər