Rejissor qızı, professor nəvəsinin ölümü ilə bağlı hökm oxunub
07.11.2015 03:29 Sosreaksiya 1934
Bu gün Qobustan Rayon Məhkəməsində “Hər fəsil” istirahət əyləncə mərkəzində baş vermiş faciədə təqsirləndirilən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Aytən Əzizovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Reaksiya.az-ın virtualaz.org-a istinadən məlumatına görə, prosesə hakim Qalib Hacıyev sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, Aytən Əzizova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məlum hadisə 23 may, 2014-cü ildə Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.
Dünyasını dəyişən 10 yaşlı Dəniz “Tutu” uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.
Şərhlər