3 otaqlı ev yandı - Masallıda

07.11.2015 09:15     Sosreaksiya     2116

Masallıda 3 otaqlı ev yanıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Masallı rayonu, Qəzvinoba kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Şərhlər