Ata və oğul traktorun içində öldü - Naxçıvanda

07.11.2015 12:45     Sosreaksiya     2124

Naxçıvanda faciəli hadisə baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb. Noyabrın 6-da Arpaçayın Çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər