İntihar etmək istəyən şəxs xilas edilib

08.11.2015 00:58     Sosreaksiya     1733

Bakıda intihara cəhdin qarşısı alınıb.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Səbail rayonunda 1 nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib və vətəndaş xilas edilib. Əməliyyat saat 20:41-də başa çatıb.

Şərhlər