Venesuelada zəlzələ olub - ölən var
08.11.2015 05:08 Sosreaksiya 1782
Venesuelada 5,3 bal gücündə zəlzələ baş verib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Merida şəhərindən 27 km aralıda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində bir nəfər daş uçqununun altında qalaraq ölüb, xəsarət alan yoxdur.
Zəlzələ ilə əlaqədar ölkənin bir sıra bölgəsində avtomobil tunelləri bağlanıb, elektrik enerjisinin verilməsi dayandırılıb.
Şərhlər