Yer yarıldı, avtomobillər yerə girdi

09.11.2015 11:12     Sosreaksiya     1956

ABŞ -ın Missisipi şəhərində restoranlardan birinin qarşısında torpaq sürüşməsi baş verib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, sürüşmə nəticəsində 12 avtomobilə ziyan dəyib.

Yolun qırağında dayanan avtomobillər sürüşmə nəticəsində yaranan böyük dəliyə yuvarlanıblar.

Hadisə şahidlərinin sözlərinə görə, onlar əvvəlcə bir neçə dəfə gurultu səsləri eşidiblər.

Çökmə 120 metr uzunluqda 10 metr enində baş verib. Çökəkliyin dərinliyinin 4,5 metr təşkil etdiyi bildirilir.

Hadisə nəticəsində ziyan dəyən avtomobillər

İnsidentin səbəbləri hələlik tam məlum olmasa da ştat rəsmiləri sürüşmənin yeraltı suların səthə yaxın axması nəticəsində baş verdiyini istisna etmirlər.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Mətbuata açıqlama verən ziyan dəyən avtomobillərdən birinin sahibi Qvendol Fikes qızının uçqun baş verməzdən bir neçə dəqiqə əvvəl restorana daxil olduğunu deyib.

Bu hadisənin miqyası kiçik olsa da dünyanın bir çox dövlətlərində şürüşmələr yüzlərlə insanın həyatına son qoyur.

Şərhlər