Bakı-Sumqayit qatarındakı nasazlığa - RƏSMİ AYDINLIQ

09.11.2015 11:22     Sosreaksiya     2875

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, bunu  təsdiqləyən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb. Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib:

“Sumqayıtdan-Bakıya gedən 8:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma sonradan nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər”.

Şərhlər