Ailəliklə İŞİD-ə qatılan 14 azərbaycanlı saxlanıldı - Türkiyədə

09.11.2015 12:51     Sosreaksiya     1953

Türkiyənin Adana vilayətinin Seyhan magalında polisin antiiterror əməliyyatları çərçivəsində ailəiklə İŞİD-ə qoşulmaq istəyən 38 xarici vətəndaş saxlanılıb.

Reaksiya.az  xəbər verir ki, saxlanılan şəxslərin 14-ü Azərbaycan vətəndaşıdır.

İçərilərində 10 qadın ve 15 uşağın olduğu dəstənin Türkiyədən Suriyaya keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istədiyi bildirilir.

Saxlanılanlar arasında 14 azərbaycanlı ilə yanaşı, 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 1 İran və 1 Əfqanıstan vətəndaşı da var.

38 nəfər deportasiya üçün Vilayət Miqrasiya İdarəsinə təslim edilib, 2 nəfər isə şübhəli şəxs qismində saxlanılıb.

 

Şərhlər