Azərbaycanda qar yağacaq

09.11.2015 13:15     Sosreaksiya     1778

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu havaşəraiti üstünlük təşkil edəcək.
 
Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-13 isti, dağlarda gecə 3 şaxtadan 2-dək isti, gündüz 2-7 isti olacağı gözlənilir. 

 

Şərhlər