"Azərsu" ASC-nin keçmiş rəhbəri qayıtdı

09.11.2015 16:06     Sosreaksiya     1929

"Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, ASC-dən  verilən məlumata görə, N.Rzayev "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.

Şərhlər