Əfqanıstan parlamentinə bombalı hücum - YENİLƏNİR

22.06.2015 11:44     Sosreaksiya     2137

 

AFP – nin verdiyi məlumata görə, bu dəqiqələrdə Əfqanistan Parlamentinə bombalı hücum edilib. Binanın ətrafında təhlükəsizlik qüvvələri və silahlı şəxslər arasında atışmalar gedir.

Xəbəri yeniləyəcəyik.

 

****

 

Əfqanıstan parlamentinə bombalı hücum həyata keçirilib

 

Parlamentdəki yüksək çinli polis rəsmisi Vahid Amerhil AFP - ə açıqlanmasında bildirib ki, millət vəkilləri bibnada toplantı keçirəndə Taliblərin əvvəl partladıcı maddələrlə dolu bir maşını binanın qarşısında partladıblar, Daha sonra üzbəüzdəki tikilməkdə olan binadan yaraqlılar ətrafa atəş açmağa başlayıblar. Polis rəsmisi bildirib ki, təhlükəsizlik qüvvələri ilə Taliblərin arasında döyüşlər davam edir.

 

Yeni müdafiə nazirinin təqdimatı zamanı hücum həyata keçirilib

 

Taliban rəsmisi Zabihüllah Mücahid isə qarşıdurmaların başlamasından sonar dərhal verdiyi açıqlamada hücumu öz boynuna götürdüklərini bildirib. Mücahid açıqlamada yeni müdafiə nazirinin təqdimatı zamanı hücumu həyata keçirildiyini yazıb.

Hücumda insane tələfatlnın olub olmadığı hələ də bilinmir.

Şərhlər

Çox oxunanlar