Saxta təqaüdə görə ömürlük həbs
10.11.2015 04:47 Sosreaksiya 1830
Amerikanın Filadelfiya ştatında ailələri tərəfindən tərk edilən, əqli problemlərə malik 10 nəfərin təqaüdünü alan qadın ömürlük həbs cəzası alıb. Reaksiya.az musavat.com-a istinadən məlumat verir ki, Linda Veston adlı qadın altısı böyük və dördü uşaq olmaqla, 10 nəfərin 10 il ərzində təqaüdlərini mənimsəyib. Ümumilikdə dövlətdən 212 min dollar oğurlayan qadın xəstələri Texas, Virciniya və Florida ştatlarında binaların birinci mərtəbələrində və ya heyvanların saxlanıldığı yerlərdə saxlayıb. Qadınların bəzilərinin zorakılığa məruz qalmasına səbəb olub. Bir qadın və bir uşağın şəraitsizlik səbəbindən ölümünə səbəb olub. İnsan oğurluğu, cinayət, saxtakarlıq və başqa bir neçə əmələ görə həbs edilən qadına ömürlük həbs cəzası kəsilib.
Şərhlər