10 ay ərzində 103 cinayət faktı qeydə alındı
10.11.2015 09:52 Sosreaksiya 1697
2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının "İnsan Alverinə Qarşı mübarizə haqqında" Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
İ.Qurbanovun sözlərinə görə, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “İnsan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması ilə bağlı 11 fakt qeydə alınıb”.
İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyətə cəlb edilib.
Şöbə müdiri həmçinin əlavə edib ki, 58 nəfər insan alverinin qurbanı müəyyən olunub.
Şərhlər