Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşdü

10.11.2015 11:35     Sosreaksiya     1694

Noyabrın 7-dən 10-dək Bakıda və Abşeron yarımadasında aylıq normanın 86 faizi qədər yağıntı düşüb.

Reaksiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib. 

Şərhlər