Rusiya aviaşirkəti Azərbaycana uçuşlar planlaşdırır
10.11.2015 11:53 Sosreaksiya 1693
Rusiyanın "Komiaviatrans" hava yolu şirkəti tezliklə Kaluqa-Bakı, Samara-Bakı və Nijnıy-Novqorod-Bakı istiqamətləri üzrə reyslər açmağı planlaşdırır.
Reaksiya.az Trend-ə isinadən xəbər verir ki, bunu aviaşirkətin baş direktorunun müavini, kommersiya direktoru Roman Titov deyib.
Onun sözlərinə görə, bu reyslərin açılması təqribən dekabr ayına planlaşdırılıb: "Bakıya reyslərin açılması şirkətin yeni istiqamətlərdə işə salınacaq "Embraer-145" təyyarələrini almasından asılıdır".
R.Titov qeyd edib ki, təyyarələrin dekabrda alınması gözlənilir, lakin bu tarix dəyişə bilər: "İlkin mərhələdə qeyd edilən istiqamətlər üzrə uçuşlar həftədə bir dəfə həyata keçiriləcək, lakin gələcəkdə uçuşların tezliyinin artırılması imkanına baxıla bilər. Təyyarələrin 50 oturacaq yerli olacağı nəzərdə tutulub".
Şərhlər