Türkiyədə hərbi karvana hücum edildi

10.11.2015 12:08     Sosreaksiya     1920

Bu gün Türkiyənin Hakkari vilayətində hərbi karvana silahlı hücum olub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (SQ) zabiti həlak olub.

Hərbi karvana hücum edən şəxslərin PKK-nın üzvləri olduğu bildirilir.

Hücumdan sonra SQ regionda PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb. 

Şərhlər