Azərbaycana keçən erməni qadının ailəsi danışdı
10.11.2015 15:03 Sosreaksiya 1780
Ötən gün Azərbaycan – Ermənistan dövlət sərhəddini pozaraq, Qazax rayonu ərazisinə daxil olan Ermənistan vətəndaşının ailəsi danışıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, Tavuş rayonun Kot kəndinin ağsaqqalı Feliks Melikyan bildirib ki, qoca qadının azıb sərhədi keçmə ehtimalı çox yüksəkdir.
“Lusine Abovyanın yaxşı ailəsi və uşaqları var amma əri ilə ayrı yaşayır. Onun həyat yoldaşı deyir ki, o, günorta saatlarında qohumlarının yanına gedib. O, saat 5 radələrində evə qayıdıb yoldaşının evdə olmadığını görüb. Tez qohumlarına və qonşularına zəng edib”- deyə kənd ağsaqqalı bildirib.
Ağsaqqalının sözlərinə görə, sərhədə yaxın kəndlərdə qadının qohumları yaşayır. Feliks Melikyan bildirib ki, Abovyanın səhhətində heç bir problem olmayıb.
Ötən gün qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb. Azərbaycanın Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda bildirilir ki, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.
Abovyanın saxlanıldığı Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonuna aid hissəsi (qırmızı xətlə işarələnib).
Saxlanılan Ermənistan Respublikasının vətəndaşı ilə beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.
Şərhlər