Azərbaycanın sürüşmə zonalarında vəziyyət gərginləşdi

10.11.2015 15:51     Sosreaksiya     1674

Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın cənub zonasındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib:

"Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".

Qeyd edək ki, noyabrın 7-dən 10-dək Lənkəran-Astara zonasında güclü yağış yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 69-122 mm olub ki, bu da aylıq normanın 44-72 faizini təşkil edib.

Şərhlər