Yağış cənub bölgəsində fəsadları aradan qaldırmağa imkan vermir

10.11.2015 16:40     Sosreaksiya     1702

Son günlər yağan güclü yağışlar nəticəsində cənub zonasında sürüşmə-çökmə hadisələri baş verib.

Reaksiya.az APA-ya  istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev  deyib ki, sürüşmə hadisəsi Lənkəran rayonunda ciddi fəsadlara yol açıb. Onun sözlərinə görə, Lənkəran rayonunun Gərgivan kəndi ərazisində sürüşmə baş verib:

“Eyni zamanda, rayonun Biləsər, Osaküçə, Bəliton, Horavenç və Köhnəqəqir kəndlərində sürüşmə hadisələri qeydə alınıb. Nəticəndə 20-yə yaxın evə ziyan dəyib”.

Baş geoloq əlavə edib ki, Lerik rayonunda Bradi, Züvüc, Molalan, Dastel kəndlərində də sürüşmə-oturma prosesi qeydə alınıb:

“Eyni zamanda Masallı rayonunda Köhnə Zivənd yolu sürüşməyə məruz qalıb. Masallının Ərkivan kəndində 1 yerdə çökmə-hadisəsi, İsgəndərli kəndində 1 yerdə, Sığdaş kəndində də 1 yerdə sürüşmə hadisəsi baş verib. Masallı rayonun özündə də çökmə hadisəsi qeydə alınıb”.

Ə. Piriyev qeyd edib ki, Astara rayonunda isə 3 kənddə sürüşmə hadisəsi baş verib.

Şərhlər