Azərbaycanda körpə doğuşdan sonra ölüb - Hadisə
22.06.2015 12:53 Sosreaksiya 1854

Azərbaycanda doğuşdan sonra körpə ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Ucar rayonunda qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib.
Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.
D. Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirlib ki, faktla bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.
Şərhlər