Gəncə şəhər Şagird Parlamentinin üzvləri Beynəlxalq layihədə - FOTOLAR

22.06.2015 13:18     Sosreaksiya     1786

Avropa Gənclər Paytaxtı Gəncə 2016 təşkilatı ilə əməkdaşlıq edən Şagird Parlamenti Gəncə şəhəri üçün xidmətlərini davam etdirir. Belə ki, Gəncə şəhərində AGP 2015 Ruminiyanın Cluj şəhəri ilə canlı bağlantı olub. Gənclər və Idman Baş Idarəsinin rəisi Müşviq Cəfərov, AGP Gəncə 2016 Təşkilatının idarə heyəti,Gəncə şəhər Şagird Parlamentinin sədri Valeh Əsədov , Şagird Parlamentinin idarə heyəti və AGP 2016 Könüllüləri canlı bağlantıda iştirak ediblər. Bağlantıda Cluj gəncləri ilə danışıq aparılıb. "Cluj Heç Vaxt Yatmır" adlı layihədə Gəncə gəncləri fəal iştirak edərək , öz bacarıqlarını nümayiş etdirmişlər. Maraqlı layihə zamanı diskusiyalar aparılmış, təkliflər dinlənilmiş və müxtəlif tip əyləncə kəsb edən oyunlar həyata keçirilmişdir. Qeyd edək ki,Gəncə şəhər Icra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin Gəncə şəhərində yeritdiyi uğurlu gənclər siyasəti nəticəsində Gəncə şəhəri 2013-cü ildə keçirilən Avropa Gənclər Paytaxtları Baş Assambleyası tərəfindən 2016 Avropa Gənclər Paytaxtı statusunu qazanmışdır. Gəncə gəncliyinin hazırda çiçəklənən dövrünü yaşaması da məhz Elmar Vəliyevin adı ilə bağlıdır. Sonda bildirək ki , Gəncə şəhərinin beynəlxalq layihələrdə gənclərlə təmsil olunması buna əyani sübutdur. Gəncə şəhərində Gənclər üçün yaradılan infrastruktur da bunu deməyə təkan verir.

Şərhlər

Çox oxunanlar