Azərbaycan "Böyük iyirmiliy"ə böyük töhfə verə bilər

11.11.2015 11:47     Sosreaksiya     1558

Azərbaycanın G20 sammitində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, Bunu Türkiyə Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Mənbə deyib ki, Azərbaycan "Böyük iyirmiliy"ə böyük töhfə verə bilər: "Azərbaycan hazırda regionun ən inkişaf etmiş ölkələrindən biridir".

Mənbənin sözlərinə görə, Ankara G20-də sədrliyi dövründə G20 iştirakçı ölkələrinin diqqətini bu təşkilata daxil olmayan dövlətlərə cəlb etmək niyyətindədir: "Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı da müzakirə ediləcək".

Şərhlər