Moskvada təcili narkotik yardım xidməti açılacaq

11.11.2015 15:48     Sosreaksiya     2066

Moskvada 2016 – cı ildən etibarən “Narkotiklə Təcili Mübarizə Xidməti”nin açılacağı bildirilir.

Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryun bildirib ki, gələn ildən etibarən təcili narkotiklə mübarizə xidməti açılacaq: “Hal-hazırda narkoloji mərkəzdə təmir və yenidənqurma işləri davam edir. Yenidənqurma işləri 1 yanvar 2016 – cı il tarixində tamamlanacaq".

Bryun təcili tibbi yardım qruplarının narkotiklə mübarizə məsələsində vətəndaşları müalicə olmağa razı salacağını, xəstələrə kömək olacaqlarını ifadə edib.

Rusiyada, eyni zamanda,  gələn ildən etibarən spirt və narkotik asılılıqlarının müalicəsi üçün müraciət edəcəkləri pulsuz çağrı mərkəzi də istifadəyə veriləcək. Bu mərkəz reabilitasiya mərhələsində olan xəstələrə dəstək olacaq.

Şərhlər