Avropa İŞİD - ə kiber zərbə endirəcək
22.06.2015 14:35 Sosreaksiya 2520

Avropa İttifaqının polis təşkilatı Europol, 1 iyuldan sonra sosial mediada İŞİD tərəfdarlarını “ovlayacaq”. Europol, İŞİD - in internetdən təbliğat aparmasının və simpatizan toplamasının qarşısını almaq məqsədi ilə Avropa səviyyəsində fəaliyyət göstərəcək yeni bir qrup quracaq.
Yeni qurum sosial mediada İŞİD – ın təbliğatı ilə məşğul olan profilləri araşdıracaq. İŞİD - ə
Kiber zərbə endirməyi hədəfləyən qrup terror təşkilatı ilə əlaqədə olan internet saytlarını ya da sosial media profillərini müəyyən edəcək. Qrupa 2 saat içərisində müəyyən etdiyi profillərə girişi qadağan etmək səlahiyyəti də veriləcək.
45-50 min hesabı idarə edir
Gündəlik təxminən 100 min tweet göndərən, İŞİDlə əlaqəli olan 45- 50 min civarındakı hesabı idarə edənləri araşdıracaq qrupun əsas hədəfi sosial media vasitəsilə yeni xarici döyüşçülərin təşkilata daxil olmasına maneə törədəcək.
Hansı sosial media saytlarının əməkdaşlığı qəbul etdiyi bilinmir
Europolun rəhbəri Rob Wainwright konkret hansı sosial media saytlarının əməkdaşlığa daxil olduğuna dair məlumat verməkdən çəkinib, “hədəflərinin ən çox mesaj paylaşılan sosial media hesabları olmadığını, bu hesabların arxasındakı şəxsləri tutmağı qarşılarına məqsəd kimi qoyduqlarını vurgulamaqla kifayətlənib.
Şərhlər