İlham Əliyev 3,5 milyon manat ayırdı

12.11.2015 00:14     Sosreaksiya     1672

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, forumun Bakıda təşkili üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 3,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər