Cəlilabadda yaşayış binası uçdu - 16 ailə təxliyə olundu
12.11.2015 07:49 Sosreaksiya 1746
Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə düşüb.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Göytəpə qəsəbəsi, Sahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.
FHN əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadırlara yerləşdiriliblər.
Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb.
Şərhlər