Bakıda şagird sinif yoldaşını güllələdi - Dərsdə

12.11.2015 11:04     Sosreaksiya     2057

Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib.

Reaksiya.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbdə baş verib.

Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı 7c sinif şagirdi, 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.

Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Şərhlər