Rusiya Krımda çoxuşaqlı ailələrə verdiyi sözü də tutmayıb
12.11.2015 12:22 Sosreaksiya 2464
İki il içində heç bir çoxuşaqlı ailəyə torpaq verilməyib. Rusiyanın çoxuşaqlı ailələrə dəstək birliyinin “Rusiyanın Ailələri” koordinatoru Olqa Sobeşçanskaya Rusiyanın Krımı ilhaq etdikdən sonra Krımda çoxuşaqlı ailələrin heç bir ev və ya torpaq verə bilmədiyini açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Rusiya qanunvericiliyinə görə çoxuşaqlı ailələrə mənzil yeri və ya torpaq verilməsinin vacibliyini vurğulayan Sobeşçanskaya bildirib ki, son iki il içində çoxuşaqlı ailələr üçün mənzil yeri ayrılmayıb: “Bu çox əhəmiyyətli bir mövzudur və bu barədə bələdiyyələrlə müzakirələr aparılır ".
Krımda olan 16 min çoxuşaqlı ailələrdən 948 - nin daşınmaz əmlak üçün müraciət etdiyini və yalnız 500 ailənin bələdiyyələrdə növbəyə dura bildiyini qeyd edən Sobeşçanskaya, problemin səbəbi kimi planlarının hələ təsdiq olmadığını irəli sürüb.
Daha əvvəl hüquq müdafiəçiləri çoxuşaqlı ailələrin onlar üçün ayrılan torpaq və ya evləri almaq üçün etdiyi müraciətə Krım Rus rəhbərliyinin əsassız səbəblərdən dolayı rədd cavabı verdiyini ifadə etmişdi.
Şərhlər