Bacısını qətlə yetirən qızla bağlı - Qərar
12.11.2015 13:06 Sosreaksiya 1849
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Eldar İsmayılovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə P. Nuriyevanın barəsində məcburi xarakterli tibbi tədbirlərin görülməsi haqqında qərar qəbul edib. Məhkəmənin qərarına əsasən, o, 1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.
Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Xətai rayonu ərazisində yaşamış 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyiti aşkarlanıb.
Hadisəni G. Nuriyevanın bacısı Pərvanə Nuriyevanın törətdiyi müəyyənləşib.
1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.
Şərhlər