Araz Ağalarov Emin və Leylanın boşanmasından danışdı
22.06.2015 15:24 Sosreaksiya 1774

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov oğlu Emin və Leyla Əliyevanın boşanmasından danışıb.
Reaksiya.Az-ın məlumatına görə, "Crocus Group"in prezidenti "Vedomosti" qəzetinə müsahibəsində oğlunun şəxsi həyatında baş verən bu hadisəyə münasibət bildirib.
"Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı. Onlar çox gözəl münasibətdədirlər, birlikdə uşaqlarını tərbiyə edirlər"- deyən biznesmen, baş verənlərdən təəssüfləndiyini deyib.
Şərhlər