“Azərbaycan Dəmir Yolları” sahibkarlara müraciət edib

13.11.2015 01:27     Sosreaksiya     1507

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sahibkarlara problem yaradılması barədə iddialara münasibət bildirib.

 “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, yük vaqonlarının dəmir yolunun ümumi istifadə yolunda boş dayanması ilə əlaqədar tariflər və cərimələr Nazirlər Kabinetinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq  qərarları ilə tənzimlənir. O deyib  ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkəyə daxil olan yük vaqonlarının tez boşaldılmasında və yüklərin sahiblərinə çatdırılmasında maraqlıdır: “Bildiririk ki, boşdayanmalara görə yox, dəmir yolunun ümumi istifadə yolunda yüklərin qorunmasına görə bir sutkalıq cərimə 14 manat deyil, 116 manatdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq sahibkarlardan xahiş edirik ki, rastlaşdıqları problemlərlə bağlı cəmiyyətin “qaynar xətt”inə müraciət etsinlər. “Qaynar xətt”in nömrəsi 1822-dir (Bölgələrdəki sabit telefon şəbəkəsi abunəçiləri üçün – 012 1822)”.
 “Azərbaycan Dəmir Yolları” QSC əsassız iddiaları aparılan əsaslı islahatlara kölgə salmaq cəhdi kimi qiymətləndirib.

Şərhlər