QHT-lər yeni qaydalarla işləyəcək
13.11.2015 10:00 Sosreaksiya 1580
Azərbaycanda “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”ı təsdiq edilib.
Reaksiya.az Trend -ə istinadən xəbər verir ki, qaydaya əsasən, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra - reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Qaydada müəyyən olunur ki, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
Şərhlər