Nəqliyyatın hərəkəti iki günlük məhdudlaşdırılacaq
13.11.2015 17:01 Sosreaksiya 1686
Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində yerləşən dairədə sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, məhdudlaşdırma dairədə aparılacaq təmir işləri ilə bağlıdır. Təmir işləri çərçivəsində dairənin köhnə asfalt-beton örtüyü qaşınaraq yenisi ilə əvəzlənəcək. İşlərin iki gün ərzində yekunlaşdırılması planlaşdırılır.
Bundan başqa, Nizami rayonu Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.
Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat olmaqla küçənin 36 500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.
Şərhlər