Parisdə ard-arda üç partlayış - azı 153 nəfər ölüb - FOTOLAR -YENİLƏNİB-3
14.11.2015 07:00 Sosreaksiya 2415
Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Reaksiya.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.
02:48
Reaksiya.az "Röyters" agentliyinə istinadən məlumat verir ki, partlayışlar zamanı ən az 60 nəfər həlak olub. Məlumata görə partlayışlar bir qrup silahlı tərəfindən törədilib və hadisə yeri yaxınlığındakı konsert salonunda 100-ə yaxın insan həmin şəxslər tərəfindən əsr götürülüb.
02:15
Parisdə partlayışlar və atışma nəticəsində azı 26 nəfər ölüb.
Reaksiya.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Paris polisinin prefekturasından bildiriblər.
Digər məlumata əsasən isə paytaxtın “Bataklan” konsert zalında naməlum şəxslər tərəfindən girov götürülənlər var.
***
01:39
Parisin “Stade de France” stadionu yaxınlığında bir neçə partlayış qeydə alınıb.
Reaksiya.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar Fransa-Almaniya yoldaşlıq matçı zamanı baş verib.
BFM TV telekanalının xəbərinə görə, hadisə nəticəsində xəsarət alanlar var. Qeyd olunur ki, Fransa prezidenti Fransua Olland görüşü izləmək üçün stadionda olub. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.
Şərhlər