Nazim İbrahimovun intihar edən qaynı haqda yeni faktlar

22.06.2015 17:16     Sosreaksiya     1771

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun intihar edən qaynı ilə bağlı ilginc faktlar ortaya çıxıb.

Aznews.az-a daxil olan məlumata görə, Məzahir Cəfərov 3 gün öncə intihar edib, lakin meyiti dünən, yəni intiharından bir gün sonra aşkarlanıb. Məlum olub ki, o, ölümündən bir müddət əvvəl ailəsini Qəbələdəki evinə aparıb, dincəlmələri üçün orada qalmalarını istəyib. Qəbələdən qayıdandan bir neçə gün sonra isə evində meyiti tapılıb.

İndi əsas məsələ onun intihar etməsinə səbəbin nə olmasıdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, M.Cəfərovun intihar xəbəri yayılandan sonra onun psixoloji probleminin olması ilə bağlı informasiyaların sanki bir mənbədən bütün mətbuata ötürülməsidir. Maraqlıdır ki, həmin şəxsin yaxınları bunu inkar etmədilər. Hansı ki, M. Cəfərov iş adamıdır, böyük bir tikinti şirkətinə rəhbərlik edir və İbrahimovların böyük məbləğdə pul əməliyyatlarında adı keçir. Psixoloji problemi olan bir şəxsin bu işlərdə olması əlbəttə ki, ağlabatan deyil.

Əgər belədirsə, o zaman nə baş verir: onun “dəli” olması kimə lazımdır?

Bu arda sayta daxil olan digər bir məlumat kifayət qədər maraqlı görünür. Xəbərə görə, Cəfərov son dövrlərdə İbrahimovlarla düşmən münasibətində olub. Bunun təsdiqi kimi, onun İbrahimovlara zərbə vuran, konkret olaraq Sahib İbrahimovun 4 binasını məhkəmə yolu alan İlham Qasımovla işləməsi göstərilə bilər. Qayın Cəfərovun düşmən şəxslə işləməsi və məhz İbrahimovlardan alınan (Binaların İbrahimovlardan alınması bu nəslin nüfuzdan düşməsi və onlara böyük zərbənin vurulması hesab olunur- red.) binalarda çalışması, öz tikinti şirkətinin (“Sahil D” MTK) düşmən İ.Qadımovun “Galaxy Palace” şirkətinin çətiri altında fəaliyyət göstərməsi inanılmaz ziddiyyətlərə gətirib çıxarıb. Qohumluq əlaqələri düşmənçilik həddinə çatıb.

Elə bu məsələ də Cəfərovun maliyyə qaynağlarını kəsilməsi, külli miqdarda borca düşməsinə səbəb olub... İntiharın da məhz böyük məbləğdə borca görə olması əsas versiya olaraq qalır.

Şərhlər

Çox oxunanlar