Parisə getmək istəyənlərin nəzərinə

14.11.2015 11:16     Sosreaksiya     1768

Azərbaycan vətəndaşlarına Parisə turist paketlərinin satışının dayandırılması barədə qərar bazar ertəsi qəbul edilə bilər.

Reaksiya.az Trend-ə  istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, indi bu qərar haqqında danışmaq tezdir:

"Noyabrın 16-da turizm şirkətlərinin nümayəndələri ilə görüşəcək, vəziyyəti müzakirə edəcək və qərar qəbul edəcəyik".

M.Ağakərimov bildirib ki, turpaketlərin satışı dayandırılarsa, turistlərə kompensasiya veriləcək.

Qeyd edək ki, bu gecə Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Şərhlər